22 Oktyabr 2018 15:04
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rüşvət alma və dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesə Azər Əliyev gəlməyib.

Məlum olub ki, barəsində həbs qətimkan tədbiri seçilməyən Azər Əliyev məhkəmənin hazırlıq iclasının başlanacağı tarix barədə məlumat verilib.

Daha sonra digər təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Aləmzər Əliyeva deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon şöbəsində dövlət qulluqçusu vəzifəsində çalışıb.

Zərərçəkmişlərin anket məlumatları dəqiqləşdirildikdən sonra onlar vəsatətlə çıxış ediblər. Zərərçəkmişlər təqsirləndirilən şəxslərə qarşı mülki iddia qaldırdıqlar.

Hakimlər mülki iddiaları icraata qəbul edib.

İttihama görə, Yasamal rayonu, Əhməd Cəmil küçəsində fəaliyyət göstərən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyev rüşvət almaqda, dələduzluq etməkdə təqsirli bilinirlər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər