23 Oktyabr 2018 10:42
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Miqrasiya xidməti Azərbaycanın məşhur kriminal avtoriteti Nadir Səlifovu (Lotu Quli) yenidən saxlayıb.

Teleqraf.com Virtualaz.org-a istinadən xəbər verir ki, Lotu Qulinin qohumları bildirir ki, saxlanılmanın səbəbi açıqlanmır. Ancaq etibarlı mənbələrin məlumatına görə, Türkiyə tərəfi kriminal avtoritetin deportasiyası imkanlarına baxır. Xatırladaq ki, Türkiyə məhkəməsi N.Səlifovun azad olunması haqda cəmisi bir neçə gün əvvəl qərar qəbul etmişdi.

Son informasiyaya görə, N.Səlifov Bolqarıstanla sərhəddəki Miqrasiya xidmətinin izolyatorlarından birində saxlanılır. Ankara onun Rusiyaya və ya Azərbaycana deportasiyası imkanına baxır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər