6 Noyabr 2018 12:34
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxıda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vüqar Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Vüqar Rəsulov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polisin nəzarətinə qətimkan tədbiri ləğv olunub və məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, hadisə Şamaxı rayonunun Pirsaat kəndi ərazisində baş verib. Həmin ərazidə "VAZ-21015" markalı minik avtomobili qarşı tərəfdən gələn "Shacman" markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində 1989-cu il təvəllüdlü Seymur Niftəliyev, 1984-cü il təvəllüdlü Rahil Niftəliyev, 1940-cı il təvəllüdlü Nərminə Niftəliyeva, 1988-ci il təvəllüdlü Sahil Məmmədov və Lumu Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Daha sonra yaralılardan ikisi dünyasını dəyişib.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan "Shacman" markalı yük avtomobilinin sürücüsü V.Rəsulovun barəsində polisin nəzərətinə verilmə qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər