8 Noyabr 2018 17:09
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda əmisinin həyat yoldaşını öldürməkdə təqsirləndirilən Rəsul Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 16-na təyin edilib.

İttihama görə, bu il iyulun 17-də, saat 08.00-da Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi ev 14-də qəsəbə sakini Mariya Qəhrəmanovanın meyiti aşkar olunub.

Məlum olub ki, həmin gün saat 06.00-da Mariya Qəhrəmanova ilə birgə yaşayan ərinin qardaşı oğlu, əvvəllər məhkum olunmuş Rəsul Hüseynov ilə aralarında münaqişə baş verib.

Münaqişə zəminində Rəsul Hüseynov Mariya Qəhrəmanovanın baş nahiyəsinə yumruqla vuraraq, onu qətlə yetirib.

İstintaq orqanı tərəfindən Rəsul Hüseynovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov