11 Noyabr 2018 20:40
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhər Gülüstan qəsəbəsində 46 yaşlı kişinin meyiti tapılıb.

Kəlbəcər rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yaşayan vətəndaşlardan biri qonşusunun mənzilindən kəskin iy gəldiyi barədə adəti qurumlara müraciət edib.

Əraziyə gələn hüquq-mühafizə orqanlarının iştirakı ilə göstərilən mənzilə giriş edilib və orada tək yaşadığı bildirilən, Kəlbəcər rayon sakini, 1972-ci il təvəllüdlü Etibar Haqverdi oğlu Əhmədovun meyiti aşkarlanıb. İlkin ehtimallara görə, E.Əhmədov bir neçə gün əvvəl öz əcəli ilə ölüb.

Meyit tibbi ekspertızaya aparılıb və onun dəqiq ölüm səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər