Ötən ilin martında Böyük Britaniyanın Solsberi şəhərində Rusiya xüsusi xidməti tərəfindən zəhərlənən Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) əməkdaşı Sergey Skiripalın İngiltərə kəşfiyyatına məxfi məlumatları hansı yollarla ötürməsinin detalları ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, QRU polkovniki Sergey Skiripal İngiltərə kəşfiyyat xidməti Mİ6-ya məlumatları görünməz mürəkkəb vasitəsilə sızdırırmış.
Qeyd edək ki, BBC-nin müxbiri Mark Urban “Skripal Filse” adlı kitabını bu yaxınlarda nəşr etdirib.
Soyuq müharibədən sonra casusların həyatları haqqında bəhs edən kitabda Urbanın Skiripal ilə dəfələrlə görüşdüyü məlum olur.
Kitabda yazılanlardan aydın öldür ki, Mİ6-nın casusu Riçard Bendell 1990-cı ildə Madriddə Skiripalla görüşüb və onunla bir müddət dostluq etdikdən sonra QRU polkovnikini Mİ6-ya işləməyə razı salıb.
Rusiyanın İspaniyadakı səfirliyində işlədiyi müddətdə Skiripal hər dəfə Riçard Bendellə görüşü zamanı bir neçə min dollar alıb. Bir müddətdən sonra Skiripal Moskvaya qayıdıb və Mİ6 ilə fərqli yollarla əlaqə yaradaraq informasiya sızıntısını davam etdirib.
Məlumata görə, Skiripal Moskvaya qayıtdıqdan sonra kitabların köməkliyi ilə Mİ6-ya informasiya ötürüb. 1997-ci ildə xanımı və qızı ilə birlikdə Valensiyanın Alicente şəhərinə gedən Skiripal Riçard Benqellə rus ədəbiyyatına aid kitab göndərib.
Beləcə casusun görünməyən mürəkkəblə yazdığı məxfi informasiya Mİ6-ya çatdırılıb.
Skripal 1998-ci ildə Malaqaya gedib və kitabda görünməyən mürəkkəblə yazdığı informasiyanı Mİ6-ya çatdırıb.
Rusiyada həbs edilənə qədər Skiripal bu şəkildə casusluq fəaliyyətini sürdürüb.