Bakının Xətai rayonu ərazisində oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində mağazaların birindən pəncərədən girmək yolu ilə 220 manat pul və tütün məmulatı oğurlanıb.
34-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ümid Tağıyev və Mingəçevir şəhər sakini Rüstəm Alırin saxlanılıblar.
Məlum olub ki, Ümid Tağıyev əvvəllər oğurluq, soyğunçuluq, xuliqanlıq və digər cinayətləri törətdiyi üçün, Rüstəm Alırin isə əvvəllər oğurluğa görə məhkum olunub.
Faktla bağlı cinayət işi başlanıb.