Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki mağazaların birindən 3000 manat dəyərində 40 ədəd mobil telefon oğurlanıb.
22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt və Gəncə şəhər sakinləri olan iki yeniyetmə saxlanılıb.