Bərdə rayonunda kütləvi dava baş verib.
Hadisə rayonun Lək kəndi yaxınlığındakı meşədə qeydə alınıb.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından "Report"un yerli bürosuna verilən məlumata görə, Bərdə rayon Qaradəmirçi kənd sakinləri - Nurlan, Sərxan və Orxan Əlikram oğlu Ramazanov qardaşları və onların yaxın dostu Elnur Dəmir oğlu Qurbanov kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralıların ikisi Reanimasiya, digər ikisi isə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı Bərdə rayon Polis şöbəsində əməliyyat qrupu yaradılıb, hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Araşdırma aparılır.