Bakının Səbail rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Zaqataladan Bakıya gələn qadın həmcinsi olan paytaxt sakininin içərisində 800 manat və sənədləri olan pulqabısını oğurlayıb.
39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən S.Balayeva saxlanılıb.
İstintaq müəyyən edib ki, S.Balayeva əvvəllər də məhkum olunub.
Faktla bağlı cinayət işi başlanıb.