5 Dekabr 2018 11:04
1 747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda atasını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən Aliya Həbibovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.

Hökmə əsasən, Aliyə Həbibovanın anlaqsız vəziyyətdə cinayət törətdiyi müəyyən olunub.

Buna görə, onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib.

Aliyə Həbibova 1 saylı Respublika Psixatiriya Xəstəxanasına göndərilib.

İttihama görə, cinayət hadisəsi ötən il noyabrın 4-də Binəqədi rayonu, 8-ci mikrorayon qəsəbəsində baş verib.

Cəfər Xəndan küçəsində ailə münaqişəsi zamanı Aliya Həbibova 1956-cı il təvəllüdlü atası Cəmşid Salxakinin başından balta ilə vurub.

Cəmşid Salxakin kəsilmiş-çapılmış xəsarətlərlə 1 saylı Xəstəxanaya gətirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Cəmşid Salxakini öldürməyə cəhd edən Aliya Həbibova Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən Aliya Həbibovanın barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər