Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki ticarət mərkəzlərinin birindən paytaxt sakini C.Əliyevin cibindən 1050 manat oğurlanıb.
17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Nuru Nuriyev saxlanılıb.