11 Dekabr 2018 12:05
3 507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün həyat yoldaşını qətlə yetirən Taxveli Ramiz Pərviz oğlu tanınmış Azərbaycan müğənnisi, Azərbaycan SSR Xalq Artisti Gülağa Məmmədovun qohumudur.

Yenicag.az xəbər verir ki, Taxveli Ramiz Pərviz oğlu Gülağa Məmmədovun qız nəvəsidir.

***

10:22

Bakının Nəsimi rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun R.Behbudov küçəsində yaşayan Ramiz Taxveli həyat yoldaşı Adelya Taxvelini yaşadığı binanın 5-ci mərtəbəsinin balkonundan yerə atıb.

Qadın hadisə yerində ölüb. Ramiz Taxveli saxlanılaraq istintaqa təhvil verilib.

Məlum olub ki, Ramiz Taxveli narkotik qəbul edib. Hadisəni törədən zaman da özündə olmayıb.

Araşdırmalar zamanı Ramiz Taxvelinin avtomaşınına baxış keçirilib. Avtomaşından kibrit qutusunda çəkisi 5.647 qram olan qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, qətlə yetirilən Adelya Taxveli “Atəşgah Sığorta” şirkətinin əməkdaşı olub.

Qətli törədən Ramiz Taxveli isə "Buta Palas"ın art direktoru olub.


Müəllif: Hacı Zeynalov