13 Dekabr 2018 12:53
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda və narkotik vasitə saxlamaqda ittiham olunan Yusif Bayramovun barəsində verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Yusif Bayramovun bəraət hökmünün çıxarılması barədə verdiyi apelyasiya şikayəti təmin olunmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yusif Bayramov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Yusif Bayramov Sevdimalı Novruzova oğlunu işə düzəldəcəyi vədi verib və ondan xeyli miqdarda pul alıb.

Məlum olub ki, Yusif Bayramov Sevdimalı Novruzova özünü ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) işçisi kimi təqdim edib.

Bundan başqa, Şəki rayonuna gedərkən onu yol polisi saxlayıb. Maşının üzərində həbs olduğu üçün polis əməkdaşı avtomobili cərimə meydançasına aparmağı tələb edib.

Tərəflər arasındakı danışıqdan sonra maşın cərimə meydançasına aparılmayıb.

Yusif Bayramov və polis əməkdaşı Şəkidə otellərdən birinin həyətində görüşməyi planlaşdırıblar.

Yusif Bayramov bildirib ki, polis əməkdaşına 30 manat rüşvət verərkən telefon vasitəsi ilə çəkib.

Daha sonra o, həmin görüntülərlə polisi şantaj edərək, bu dəfə özü pul tələb edib. Polis əməkdaşı da bununla razılaşıb.

Növbəti görüşdə Yusif Bayramov polisdən pul alarkən həbs edilib.

Həbs olunan zaman Yusif Bayramovda narkotik vasitə də aşkar olunub.

İstintaq orqanı tərəfindən Yusif Bayramovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 234-cü (narkotik vasitə əldə etmə) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər