Dekabrın 12-də saat 18 radələrində Daxili İşlər Nazirliyinin “102 – Zəng Mərkəzi”nə mobil telefonla zəng vuran şəxs 3 ədəd bomba qoyulması barədə məlumat verib.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal müvafiq tədbirlər görülüb, lakin fakt təsdiqini tapmayıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs - Şəmkir şəhər sakini, əvvəllər məhkum olunmuş Əkbər Həsənov Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun ağır dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.