Astara rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tərdbirləri nəticəsində yaşayış evindən pul, qızıl və məişət əşyaları oğurlayan şəxs saxlanılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Astara şəhər sakini E.Ağazadə rayon polis şöbəsinə müraciət edərək axşam saatlarında evdə olmadığı vaxt naməlum şəxs tərəfindən onun yaşadığı mənzildən 1 ədəd qızıl üzük, 90 manat pul və məişət əşyalarının oğurlandığını bildirib.
Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını törədən şəxs müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Astara şəhər sakini, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılan Elşad Seyfullayev olduğu müəyyən edilib.
Oğurlanmış əşyaların bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Astara rayon polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və araşdırma aparılır.