Suriyadan Liviyaya aparılan 6 ton xaşxaş və 3,1 ton heroin ələ keçirilib.
Teleqraf.com xəbər verir ki, narkotik maddə Suriyanın Lazkiyə limanından gəmi ilə Liviyaya aparılırmış.
Gəmini Aralıq dənizində Yunan sahil qüvvələri ələ keçirib.
Yunan kəşfiyyatı öncədən informasiya aldıqdan sonra Suriya bayrağı ilə üzən “Noka” adlı gəmini ələ keçirib. Gəminin 10 nəfərdən ibarət suriyalı və bir hindistanlı heyəti həbs olunub.