19 Dekabr 2018 12:54
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluq etməkdə təqsirləndirilən Vasif Orucovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Vüsal Orucov polis əməkdaşı olub. O, Qaradağ rayon ərazisində sahə müvəkkili işləyib.

Daha sonra dövlət ittihamçısı cinayət materialları ilə tanış olmadığını deyib, məhkəmədən vaxt istəyib.

Növbəti proses dekabrın 25-də davam edəcək.

Vüsal Orucov Bakı şəhər sakini Nera Larsinaya qarşı dələduzluq edib. O, sahə müvəkkili vəzifəsində çalışan zaman yaşlı qadının 80 min manat dəyərində olan evini dələduzluq yolu ilə ələ keçirib.

Daha sonra Nera Larsinanın hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan Vüsal Orucov saxlanılıb.

İstintaq orqanı tərəfindən Vüsal Orucovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər