19 Dekabr 2018 15:59
2 693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 11 qadını fahişəliyə cəlb edən Pərviz Məmmədovun cinayət işi üzrə qapalı məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

Daha sonra ittihama münasibət bildirən Pərviz Məmmədov özünü qismən təqsirli bilib.

Növbəti qapalı iclas yanvarın 7-nə təyin edilib.

Qeyd edək ki, Pərviz Məmmədov paytaxtın Nərimanov rayonunda 11 qadını kişi müştərilərlə görüşdürüb, bunun müqabilində pul qazanıb.

Pərviz Məmmədov barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər