Bakının Xətai rayonu ərazisində yerləşən 9 saylı Uşaq Poliklinikasında oğurluq hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Xətai rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, poliklinikada tibb bacısı işləyən Bakı şəhər sakini Qalina Simakovanın içərisində 35 manatı və mənzilinin açarları olan pul kisəsi çantasından oğurlanıb.
35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sumqayıt şəhər sakini Əhməd Yəhyayev tutulub. Ondan 6,59 qram marixuana götürülüb.
Hacı Zeynalov