Bakıda quldurluqda təqsirləndirilən 2000-ci il təvəllüdlü Qəhrəman Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Qəhrəman Aslanov 2 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində polis nəzarəti qətimkan tədbiri seçilmiş Qəhrəman Aslanov məhkəmə zalında həbs olunub.
İttihama görə, ötən ilin iyunun 12-də Nərimanov rayonu ərazisində Qəhrəman Aslanov həmin ərazidə yerləşən marketdə satıcı işləyən Anar Rəhimlinin baş nahiyəsinə rezin dəyənəklə vuraraq quldurluq edib.