Türkiyənin Kütahya vilayətinin Dovşanlı məhəlləsində ər boşanma ərəfəsində olduğu həyat yoldaşı 21 yaşlı Özləm Göçəri küçənin ortasında çoxsaylı bıçaq zərbəsilə qətlə yetirib.
Teleqraf.com xəbər verir ki, 28 yaşlı Tolga G. polisə ifadəsində qətli namus üstündə törətdiyini bildirib.
"Evləndikdən sonra Ankaraya getdik. Evi tərk edib Dovşanlıya döndü. Burada məni başqa oğlanla aldatdı. Evə dönməsi üçün yanına getdim. Məni söydü, həqarət etdi. Necə oldu bilmədim, bıçaqladım", deyə Tolga G. bildirib.
Məhkəmə Tolga G.-nın barəsində həbs qətimkan tədbiri seçib.
Qeyd edək ki, 10 bıçaq zərbəsi alan Özləm Göçər xəstəxanada dünyasnı dəyişib.