Gürcüstanda 14 yaşlı qızını zorlayan 39 yaşlı ata həbs edilib.
Teleqraf.com xəbər verir ki, hadisə Qori şəhərində baş verib.
Qori şəhər sakini olan 1980-ci il təvəllüdlü O.M. barəsində Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi açılıb.
Müəyyən edilib ki, 2017-ci ildə O.M. müxtəlif vaxtlarda öz azyaşlı qızına qarşı seksual xarakterli zorakılıq edib.
Saxlanılan şəxs ittihamları qəbul edib.