İtaliyada 40 yaşlı inşaatçı Daniel Ermano Byanko ötən ay quldurluq məqsədilə 70 yaşlı təqaüdçü qadın Anna Pikkatonun üzünə zərbələr endirərək onu öldürüb və zərərçəkmişin üzərində olan 3 avronu qəsb edib.
Hadisə Kueno əyalətində yerləşən Bardje kommunasında baş verib.
Polisin məlumatına görə, cinayətin üstü qətlə yetirilən qadının Daniel Ermano Byankonun paltarında olan DNT izləri sayəsində açılıb. Cinayətkar qarət etdiyi qadına ölümcül xəsarətlər yetirdiyini etiraf edib. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.