21 Fevral 2019 12:07
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentindəki “Çarukyan” fraksiyasının üzvü, deputat Eduard Babayan barəsində cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə respublikanın baş prokuroru Arevik Xaçatryan açıqlama yayıb.

Baş prokuror işin məhkəməyə göndərildiyini bildirib. Deputat sağlamlığa qəsdən zərərvermədə ittiham olunur.

Qeyd edək ki, Eduard Babayan idmançı Vyaçeslav Artyunovla mübahisə zəminində ona ağır bədən xəsarəti yetirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər