Gədəbəy rayonunda qətl törətməkdə təqsirli bilinən Zakir İsgəndərov barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, Gədəbəy rayon Prokurorluğunda toplanan cinayət işi üzrə material baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Elmin Rüstəmovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası martın 6-na təyin olunub.
İttihama görə, qətl hadisəsi ötən il iyulun 6-da Gədəbəy rayonunda Cəyir çayının Günəş kəndi ərazindən keçən hissəsində baş verib.
Həmin ərazidə iyulun 2-dən itkin düşmüş Ərtəpə kənd sakini Emin Bədəlovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Emin Bədəlovu küt alətlə qətlə yetirməkdə şübhəli bilinən Söyüdlü kənd sakini Zakir İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib.
İstintaq orqanı tərəfindən Zakir İsgəndərovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.