21 Mart 2019 13:17
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qətldə təqsirləndirilən Samir Şabanovun barəsində olan hökmdən verilmiş apelyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi barədə verdiyi şikayət təmin olunmayıb.

Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi Elçin Şabanov və onun nümayəndəsi Ramin Quliyevin də verdiyi şikayətlər araşdırılıb.

Hakimlər zərərçəkmiş tərəfində verdiyi şikayəti də təmin etməyib. Zərərçəkmiş tərəf təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyirdi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Şabanov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il aprelin 21-də Maştağa qəsəbəsində baş verib.

Samir küt alətlə Hətəm Şabanovu qətlə yetirib. Hətəm Şabanov Samirin keçmiş qayınatası olub. Onların arasında mübahisə alimentin ödənilməsinə görə yaranıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər