Ermənistanda orta məktəb direktoru və katibi rüşvətə görə saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "News.am" məlumat yayıb.
Qeyd edilir ki, hadisə Gümrüdə fəaliyyət göstərən 27 saylı orta məktəbdə baş verib. Əvvəlcə həmin məktəbin katibi rüşvət cinayətində əlbir olmaqda şübhəli bilinərək tutulub. Bundan sonra məktəbin direktoru Karine Lalazyaran da külli miqdarda rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.