30 Mart 2019 16:12
1 657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusar rayonunda Vüqar Məmmədov həmyerlisini seksual xarakterli hərəkətlərə məcbur edib.

Teleqraf.com xəbər verir ki, o, yetkinlik yaşına çatmayan Samirə Babayeva (ad və soyad şərti verilib – red.) ilə tanış olub.

Qız haqqında məlumat toplayan Vüqar Məmmədov ona hədə-qorxu gəlməyə başlayıb, yetkinlik yaşına çatmayan qızı seksual xarakterli hərəkətlər etməyə məcbur edib.

İstintaq orqanı tərəfindən Vüqar Məmmədovun barəsində Cinayət Məcəlləsinin 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Qusar rayon Məhkəməsinə göndərilib.

Hakim Adil Vəliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı aprelin 9-na təyin olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər