8 Aprel 2019 12:17
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunda ev sahibini döyüb oğurluq edən keçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, aprelin 1-də saat 1 radələrində Quba rayonunun 1-ci Nügədi kəndindəki evlərdən birinə girmiş 4 maskalı şəxsin ev sahibinin əllərini və ağzını yapışqanlı lentlə bağlayaraq döyüb oradan 13 600 manat və mobil telefon aparması barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub.

Dərhal Quba rayon Polis şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Baş Cinayət Axtarışı və Baş İnformasiya Kommunikasiya idarələri, Təhlükəsiz Şəhər Xidməti və Quba rayon polis şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş H.Hətəmov və Z.İsmayılov saxlanılıb, daha 3 nəfərin isə şəxsiyyətləri müəyyən edilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər