10 Aprel 2019 11:19
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, növbəti belə tədbir aprelin 9-da Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Xaçmaz şəhəri ərazisində keçirilib.

Şəhər sakini B.Qanbayev idarə etdiyi “Opel” markalı avtomobilə baxış zamanı yük yerindən natəmiz vəziyyətdə və sümükdən ayrılmış halda olan, çəkisi 330 kiloqram at əti aşkar edilərək götürülüb.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Araşdırmalar aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər