Gəncə şəhərində iki yaşlı uşağı avtomobil vurması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Gəncə şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə şəhərin Zərdabi küçəsində qeydə alınıb. 2012-ci il təvəllüdlü Ömər Əliyevi evlərinin qarşısında olan yolda 31 yaşlı Bəhruz Quliyevin idarə etdiyi “VAZ 2107” markalı avtomobillə vurulub.
Azyaşlı ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Məlumata görə, 2 yaşlı uşaq valideynlərinin xəbəri olmadan küçəyə çıxıb və nəticədə avtomobillə vurulub.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov