14 May 2019 14:56
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qətl törətməkdə ittiham edilən Azad Dandışın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Azad Dandış 17 il müddətinə azadlıqdan məhrim edilib.

Qeyd edək ki, ötən il sentyabrın 30-da Sabunçu rayonu ərazisində tufeyli həyat tərzi keçirən 34 yaşlı Valeri İsakovun baş və burun nahiyəsində xəsarətləri olan meyitinin Sabunçu qəsəbəsindəki evində tapılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsi və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakini Azad Dandış saxlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər