8 Sentyabr 2014 10:01
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda avtomobil 21 yaşlı gənci vuraraq öldürüb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, sentyabrın 7-də Yasamal rayonu, Haqverdiyev küçəsində Bakı şəhər sakini Tamerlan Səlimi idarə etdiyi "Mercedes" markalı avtomobillə 1993-cü il təvəllüdlü Zaur Fərəcovu vurub.

Z.Fərəcov xəsarətlə daxil olduğu xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: