ABŞ-ın Nebraska ştatında öz qızına evlənən Trevis Fildqrou həbs edilib.
Teleqraf.com xəbər verir ki, 40 yaşlı Trevis 2018-ci ilin payızında öz doğma qızı, 21 yaşlı Samanta Kerşner ilə görüşərək evlənmək barədə razılığa gəliblər.
İllər öncə arvadından ayrılan Trevis Samantanın onun qızı olduğunu bilməsə də, qız atasını tanıyıb.
Samanta məhkəmə ifadəsində bildirib ki, Trevisin atası olduğunu bilib: "Bacımla mərcləşmişdim ki, atamı evliliyə razı salacam. Sonra bizim aramızda əsl sevgi münasibəti yarandı biz bu münasibəti rəsmiləşdirmək qərarına gəldik".
DNT analizi zamanı ər-arvadın əslində ata-bala olduğu üzə çıxıb. Trevis və Samanta insest hadisəsinə görə həbs ediliblər və hər birinə iki il həbs cəzası verilib.
Bu ABŞ-da ilk ailədaxili evlilik faktı deyil.