Bakının Nəsimi rayonunda bir ay əvvəl bıçaqlanma hadisəsi törədən şəxs həbs edilib.
Bu barədə Teleqraf.com-a Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-də Emin Mirzəyevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmuş Bakı şəhər sakini Sabir Gülməmmədov tutulub.
Sabir Gülməmmədov əvvəllər məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov