9 Sentyabr 2014 15:01
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsu rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Qaraqaşlı kəndində qeydə alınıb. Kürdəmir rayon sakini Yusif Həmidov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: