Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Novruzov qardaşları küçəsində evlərdən birində yaşayan 1984-cü il təvəllüdlü Ağalar Əliyev qızqanclıq zəminində həyat yoldaşı, 1985-ci il təvəllüdlü Günel Əliyeva ilə mübahisə edib.
Mübahisə zamanı Ağalar Əliyev Günelə bel nahiyəsindən, daha sonra isə boyun nahiyəsindən bıçaq xəsarəti yetirib.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Hadisəni törətməkdə şübhəli bilinən Ağalar Əliyev saxlanılıb.
Məlum olub ki, Ağalar Əliyev arvadının başqa bir nəfərlə sosial şəbəkədə danışmasını öyrənib. Bu səbəbdən ər-arvadın arasında mübahisə yaranıb, mübahisə sonda qanlı olayla nəticələnib.
Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.