Bakı İstintaq Təcridxanasına telefon keçirmək cəhdinin qarşısı alınıb.
Bu barədə Teleqraf.com-a Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında saxlanılan Asif Hafiz oğlu Nadirova Rauf Nurəddin oğlu İbrahimovun gətirdiyi sovqata baxış keçirilib.
Keçirilən baxış zamanı Rauf İbrahimovun idman çantasının alt hissəsinin kartonuna kustar üsulla yerləşdirilmiş, daxilində danışıq kartı olmayan bir ədəd “Nokia” markalı mobil telefon aparatı və iki ədəd elektrik qidalandırıcısı aşkar edilib.
Asif Nadirov Cinayət Məcəlləsinin 180.2.1; 180.2.3; 180.2.4 və 180.2.5 maddələrinə əsasən həbs edilib.
Fakt üzrə araşdırma aparılır.
Hacı Zeynalov