26 İyun 2019 18:07
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankarada gecə klubuna tüfəng və tapança ilə hücum edən şəxslər 3 nəfəri yaralayıb.

Teleqraf.com xəbər verir ki, hadisə Ankaranın Altındağ səmtində qeydə alınıb.

Əyləncə mərkəzinə daxil olan 4 nəfər bir müddət içəridə vaxt keçirdikdən sonra hesabı ödəyərək ərazidən çıxıb.

Daha sonra əyləncə mərkəzinə yenidən daxil olan bu şəxslər tüfəng və tapança ilə burada olanlara atəş açıb. Nəticədə 3 nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya aparılıb. Hadisə yerinə gələn polis şübhəliləri axtarmağa başlayıb.

Sonradan məlum olub ki, polis şübhəliləri izləyib və həbs edib.


Müəllif: Teleqraf.com