27 İyun 2019 15:38
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samux rayonunda qısqanclıq zəminində qızını öldürməyə cəhddə təqsirli bilinən 1955-ci il təvəllüdlü Famil Ələkbərovun işi üzrə kasasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara görə, Gəncə Apelyasiya Məhkəməsinin çıxardığı qərar tamamilə ləğv edilib.

Ali Məhkəmə işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar verib.

Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Famil Məhərrəmov 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apelyasiya şikayəti verib.

Gəncə Apelyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

Bu qərardan sonra Famil Məhərrəmov daha sonra kasasiya qaydasında Ali Məhkəməyə müraciət edib.

İttihama görə, hadisə 2017-ci il iyulun 24-dən 25-nə keçən gecə baş verib. 1988-ci il təvəllüdlü İlahə Pənahovanı qayınanası və əri başqa bir kişi ilə görüşərkən tutublar.

Gəlinin evdə başqa kişi ilə tutulması iddia olunaraq əvvəl qaynanası və əri tərəfindən döyülüb, saçı qırxılıb. Sonra isə İlahə Pənahova atasının zorakılığına məruz qalıb.

Samux rayonunun Nəbiağalı qəsəbəsində yaşayan Famil Məhərrəmova qızının əxlaqsız əməllərlə məşğul olması barədə məlumat verilib. O, qızının yaşadığı Ziyadlı kəndinə gedərək bu məlumatları dəqiqləşdirməyə çalışıb.

İlahə Pənahova həqiqətən nalayiq əməllərlə məşğul olduğunu atasına etiraf edib. Bundan sonra qızını Nəbiağalı qəsəbəsindəki evinə gətirən Famil Məhərrəmov əvvəl küt alətlə ona xəsarət yetirib, daha sonra onu boğaraq öldürmək istəyib.

Ancaq Famil Məhərrəmov qızı İlahə Pənahovanı müəyyən səbəblərdən öldürə bilməyib. Zərərçəkmiş təcili xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, İlahə Pənahovanın əri Gəncə Dəmiryol İdarəsində işlədiyindən həmin gün növbədə olub.

Famil Məhərrəmova qarşı Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər