Bakıda hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Qafqaz” Xəbər Agentliyinin rəhbəri Mahmud Tağıyev barəsində olan hökmdən verdiyi apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib.
Qərara görə, onun barəsində barəsində bəraət hökmünün çıxarılması barədə verdiyi şikayət təmin olunmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mahmud Tağıyev 12 il müddətə azadlıqdan məhrum edilib.
İstintaq orqanı tərəfindən Mahmud Tağıyevin barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan olunub.
Cinayət işi üzrə zərərəçəkmiş şəxs qismində “ŞURATAZ LTD” MMC-yə faktiki rəhbərlik edən Xaliq Nəriman oğlu Abbasov və “Nort Vest Konstrakşn” MMC-nin icraçı direktoru Elçin Tofiq oğlu Bədəlov, həmçinin daha iki nəfər tanınıb.