10 Sentyabr 2014 14:45
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb. Pirquluoba kənd sakini Samir Tarverdiyevin və Bakı şəhər şəhər sakini Vahid Cəbrayılovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub.

Nəticədə S.Tarverdiyev və 1 sərnişini, habelə V.Cəbrayılov və 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: