10 Sentyabr 2014 17:30
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Pirallahı rayonunda küçədən qan içində olan kişi tapılıb.

Bu barədə Teleqraf.com-a Pirallahı rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, müxtəlif xəsarət alan şəxsi Sabunçu 3 saylı şəhər Xəstəxanasına gətirilib. Ona tibbi yardım göstərilib. Hazırda həmin şəxsin vəziyyətinin ağır olduğu bildirilir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həmin şəxsin kimliyi müəyyən edilib. O, Rus əsilli olan Petr Sedoykin olduğu müəyyənləşib. Həmçinin müəyyən olunub ki, onu Bakı şəhər sakini Barat Namazovun idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulub.

Barat Namazov polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: