15 İyul 2019 15:38
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda quldurluqda ittiham edilən Səid Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Səid Vəliyev 8 il 3 ay azadlıqdan məhrum edilib.

İsintaq orqanı tərəfindən Səid Vəliyev Cinayət Məcəlləsinin 181.2.1 (quldurluq) maddəsi ilə təqsirli bilinib.

İttihama görə, 1997-ci il təvəllüdlü Səid Vəliyev mühakimə olunduğu Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında tanımadığı İlkin Abdullayevə yaxınlaşaraq pul istəyib.

İlkin qorxaraq cibində olan 11 manatı Səidə verib.

İttihamda o da göstərilir ki, Səid aldığı 11 manatın 1 manatını İlkinə geri qaytarıb.

Səid İlkinə 2 manatı qaytarmaqda məqsədi həmin məbləği yol pulu etməsi üçün olub.

Bundan sonra Səid polis əməkdaşları tərəfindən saxlanılıb.


Müəllif: Hacı Zeynalov