10 Sentyabr 2014 18:46
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev beynəlxalq hava limanının elektron mühafizə hasarını qanunsuz olaraq aşmağa cəhd edən iki nəfər ruhi-əsəb xəstəsi tutulub.


Bu barədə “APA-Economics”ə “Azərbaycan Hava Yolları” QSC-nin Xidmət rəisi Məhərrəm Səfərli bildirib.

“Bu gün səhər saat 06-30 radələrində Aviasiya Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Heydər Əliyev beynəlxalq hava limanının elektron mühafizə hasarından qanunsuz olaraq aşmağa cəhd göstərən iki nəfər tutulub. Araşdırma zamanı məlum olub ki, tutulan şəxslər Səhiyyə Nazirliyinin Maştağa qəsəbəsində yerləşən 1 saylı ruhi-əsəb dispanserindən qaçmış Lerik rayon sakini M. A. və Cəlilabad rayon sakini R. M.-dir”, - deyə M. Səfərli qeyd edib.

AZAL rəsmisi bildirib ki, tutulan şəxslər Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.

Hazırda faktla bağlı təhqiqat aparılır.


Müəllif:

Oxşar xəbərlər