16 İyul 2019 12:45
1 985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda arvadını bıçaqlamaqda təqsirləndirilən Vüqar Ələkbərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 23-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhərində baş verib.

Vüqar Ələkbərov keçmiş həyat yoldaşı, 25 yaşlı Şəbnəm Ələsgərovaya iki bıçaq xəsarəti yetirib.

Qadın boyun və sinə nayihəsinin deşilmiş yaraları ilə ağır vəziyyətdə 3 saylı şəhər kliniki xəstəxanasına aparılıb. Yaralının həyatını xilas etmək mümkün olub.

Hadisə qısqanclıq zəminində baş verdiyi deyilir.

Daha sonra Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinin əməkdaşları Vüqar Ələkbərovu saxlayıb.

Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər