17 İyul 2019 17:46
451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda quldurluq və oğurluqda təqsirləndirilən Nadir Mustafazadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əliövsəd Abasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Nadir Mustafazadə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il Bakının Binəqədi rayonunda baş verib.

Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində Nadir Mustafazadə saxlanılıb.

Onun rayon ərazisində 2 evdən ümumilikdə 1715 manat pul və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması müəyyən edilib.

Həmçinin Nadir Mustafazadə quldurluq da edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər