11 Sentyabr 2014 09:36
1 007

Quba rayonunda intihar hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Quba rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə rayonun mərkəzində yerləşən evlərdən birində qeydə alınıb. Sentyabrın 10-da axşam saatlarında 1985-ci il təvəllüdlü Elvin Abbasovun asılmış meyiti ailə üzvləri tərəfindən aşkar olunub.

Dərhal hadisə yerinə prokurorluq və polis əməkdaşları çağırılıb. Araşdırmalıar zamanı müəyyən edilib ki, Elvin Abbasov intihar etmək məqsədilə özünü asıb. Onun intihar etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...