11 Sentyabr 2014 12:38
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyinin Penitensiar xidmətin 11 saylı Cəza Çəkmə Müəssisəsinı telefon keçirmək cəhdinin qarşısı alınıb.

Bu barədə Teleqraf.com-a Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Sənan İman oğlu Cabbarovun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu Orxan Elxan oğlu Dadaşlının görüş otağında üzərinə və əşyalarına baxış keçirilib.
Keçirilən baxış zamanı onun gətirdiyi 2 ədəd çörəyin içərisində gizlədilmiş 1 ədəd “Samsung” markalı və 1 ədəd “Nokia” markalı mobil telefon aparatları aşkar edilərək götürülüb.

Sənan Cabbarov Cinayət Məcəlləsinin 32.4; 317-1.1 və 67.1 maddələrinə əsasən azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər